Türkiyəli sürücü Formula2-də debüt edəcək

Cem Bölükbaşı lazımi büdcəni toplayaraq Charouz Racing System komandası ilə müqavilə bağlayıb və 2022-ci ildə Formula2-də debüt edəcək.

F-1.az xəbər verir ki, 23 yaşlı türkiyəli sürücü üçün bu, hələ çox az təcrübəyə malik olduğu formulalarda yalnız ikinci mövsüm olacaq: keçən il o, Asiya Formula3 qış seriyasında yarışıb, həmçinin Euroformula Open çempionatında da özünü yaxşı tərəfdən göstərib: burada o, natamam bir mövsüm keçirsə də, şəxsi sıralamada beşinci yeri tutub. Amma o, bir neçə yarışda qalib gəlib, bir neçə dəfə podiuma qalxmağı bacarıb.

Orada o, Van Amersfoort Racing komandasında çıxış edib və ilin sonunda Əbu Dabidə F2 testlərində də onlarla birlikdə çalışıb.

“Mən 2022-ci il mövsümündə Formula2-də yarışmaq üçün Charouz Racing System-ə qoşulmaqdan çox məmnunam, – deyə Bölükbaşı müqaviləsini şərh edib. – Bu fürsəti əldə etmək üçün çox çalışdım və ilk növbədə komandaya etimadına görə təşəkkür etmək istəyirəm. Ona haqq qazandırmaq üçün hər şeyi edəcəyəm.

Əlbəttə ki, keçən ilin sonunda köhnə GP2 maşınlarını ilk dəfə sınaqdan keçirmək imkanı əldə etdikdən sonra yeni maşının sükanı arxasına keçməyə səbirsizlənirəm. Sürətinə görə Formula1 maşınları ilə müqayisə oluna bilən bu texnikanı mənimsəməkdə qərarlıyam və yarış potensialımı təsdiqləməyə çalışacağam”.

Gəncliyində motokros, daha sonra kartinqlə məşğul olan Cem həm Türkiyə traslarında, həm də Avropa səviyyəsində çıxış edib, lakin sonradan virtual yarışlara maraq göstərib və bu sahədə kifayət qədər uğur qazanıb. O, AlphaTauri komandası ilə rəsmi Formula 1 Esports Series yarışlarında qalib gəlməyi bacarıb, lakin 2019-cu ildə Cem GT4 Euro Series-dən başlayaraq real avtoidman dünyasına qayıdıb, burada Pro-Am sinfində yarışıb və bundan sonra formulalara qayıtmaq qərarını verib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*