Sofiya Flörş Alpine Akademiyasına qəbul olunub

Almaniyalı pilot Sofiya Flörş Alpine Akademiyasının doqquzuncu iştirakçısı olub və bu mövsüm o, Fransanın Renault konserninin zavod komandasının rənglərində Formula3-də yarışacaq.

F-1.az xəbər verir ki, 22 yaşlı Flörş avtoidmanının müxtəlifliyini genişləndirmək və yarışı öz peşəsi kimi seçmiş qadınlara dəstək olmaq məqsədi daşıyan Alpine-nin RaceHer proqramına qoşulub.

Sofiya artıq 2020-ci ildə F3-də yarışıb, bundan sonra dözümlülük yarışlarına keçib, həmçinin DTM avtomobil seriyasında özünü sınayıb və ABT Sportsline komandasında Audi ilə yarışıb. O, Formula3-ə PHM Racing by Charouz ilə qayıdır və burada braziliyalı Roberto Faria və polşalı Pyotr Vişinski ilə komanda yoldaşı olacaq.

Sofia Flörş: “Mən Alpine Akademiyasına qoşulmaqdan şərəf duyuram və karyeramı davam etdirmək üçün əla fürsətim olacaq. Mənim iddialı məqsədlərim var və əminəm ki, Alpine ilə işləyərkən əldə edəcəyim biliklər peşəkar bacarıqlarımı təkmilləşdirməyə kömək edəcək. İstəyirəm ki, karyeramın bu yeni mərhələsi tezliklə başlansın ki, mən Alpine brendini qlobal səhnədə təmsil edə bilim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*