David Şumaxer mövsümü Formula3-də keçirəcək

Formula3-də çıxış edən Charouz Racing komandası 2020-ci il mövsümü üçün heyətini açıqlayıb. Çex komandasının şərəfini David Şumaxer (yeddiqat dünya çempionu Mixael Şumaxerin qardaşı Ralf Şumaxerin oğlu), təcrübəli finlandiyalı Niko Kari və Yaponiyada anadan olan braziliyalı sürücü İqor Fraqa qoruyacaqlar.

F-1.az xatırladır ki, David keçən ilin son yarışı – Rusiya Qran Prisində Formula3 komandalarından birinin heyətində debüt etmişdi, daha sonra isə gənc sürücülərin Makao Qran Prisində də çıxış etmişdi. Amma bütün yarışlar almaniyalı sürücü üçün uğursuz alınmışdı.

David Şumaxer: “Formula3-ə keçdiyimdən çox şadam və buna görə Charouz komandasına təşəkkür edirəm. Keçən ilin sonunda, Formula3 maşınları ilə bəzi yarışlar keçirdim və ona görə də özümü yeni mövsümə hazırlıqlı sayıram.

Maşın haqqında daha çox məlumat almalıyam, bunun üçün vaxtımdan səmərəli istifadə etməliyəm, çünki yarış həftəsonlarında məşq üçün o qədər də çox vaxtımız olmayacaq. Hesab edirəm ki, bu mövsüm irəli addım ata biləcəm və mümkün qədər yüksək yerdə mövsümü başa vurmağa çalışacağam”.

Niko Kari: “Yeni mövsümü səbirsizliklə gözləyirəm, çünki məni maraqlı bir çağırış gözləyir – podiumlar və bəlkə də titul uğrunda mübarizə. Charouz ilə məni maraqlı bir mövsüm gözləyir və əminəm ki, birlikdə yaxşı işləyəcəyik”.

İqor Fraqa: “Formula3-də Charouz ilə çempionatın başlanacağını səbirsizliklə gözləyirəm. Seriyada çox yüksək səviyyədə rəqabət və işə peşəkar bir yanaşma var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*