PHM Racing iki çempionatda Charouz-u satın alıb

PHM Racing gələn ildən etibarən həm Formula2-də, həm də Formula3-də Charouz komandasını satın alacaq.

F-1.az bildirir ki, komandanı Toni Çarouz idarə edəcək və komandanın adı PHM Racing by Charouz olacaq.

Qeyd edək ki, PHM 2021-ci ildə Pol H. Muller tərəfindən qurulub və 2022-ci ildə BƏƏ Formula4 Çempionatında, ADAC F4 və İtaliya F4 çempionatlarında çıxış edib və hər üç çempionatı üçlükdə bitirib.

Pol Muller: “Formula3 və Formula2-yə qatılmaqda əsas məqsədimiz gənclər üçün hazırladığımız proqramı təkmilləşdirməkdir. Sürücülər üçün onları kartinqdən Formula1-ə aparan komanda təqdim edəcəyik”.

Toni Çarouz: Pol və komandası ilə qurduğumuz bu tərfədaşlığa görə qürurluyuq. PHM yeni qurulsa da, Formula4-də peşəkar və güclü ola biləcəklərini göstərdilər. Ümid edirəm ki, F3 və F2-də də eyni uğuru göstərərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*