17 İyun 2019, Bazar ertəsi - 11:33

Türkiyə müqavilənin uzadılmasına əmin deyil

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:08 - 06 İyun, 2009

Türkiyə Avtoİdman Federasiyasının prezidenti Mumtaz Tahıncıoğlu hesab edir ki, 2012-ci ildə müddəti başa çatacaq Türkiyə Qran Prisinin müqaviləsini uzatmaq asan […]

Türkiyə Avtoİdman Federasiyasının prezidenti Mumtaz Tahıncıoğlu hesab edir ki, 2012-ci ildə müddəti başa çatacaq Türkiyə Qran Prisinin müqaviləsini uzatmaq asan olmayaacq – təqvimdə yer almaq uğrunda rəqabət çox böyükdür, mərhələnin isə maliyyə və hökumət dəstəyi yoxdur…

Mumtaz Tahıncıoğlu: “Bizə xatırlatdılar ki, müqavilənin müddəti 2012-ci il yanvarın 12-də başa çatır, buna qədər Berni Ekklstounla yeni müqavilə bağlamaq lazımdır, amma bu azan olmayacaq – hazırda təqvimdə yer almaq uğrunda rəqabət birinci müqavilə bağlanan zaman olduğundan qat-qat yüksəkdir, ciddi namizədlər var ki, avtodromların tikintisinə böyük vəsaitlər xərcləyiblər.

Mən Formula1-i Türkiyəyə gətirmək üçün çox iş görmüşəm və xoşbəxtəm ki, hər şey alındı. Hətta baş nazir bu mərhələni saxlamaq istəyir – bu Türkiyə və İstanbula diqqəti yönləndirməyin bir yoludur, amma əksəriyyət şəxsi maraqlarını ölkənin marağından üstün tutur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər
Paylaş

logo