F-1.az bildirir ki, sürücülər böyük məsafələr qət ediblər və təkərlərin səmərəliliyini yoxlayıblar. 30-cu dəqiqədə səkkizinci döngəyə böyük ağ çətir düşüb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və marşallardan biri onu götürüb.
Sessiya ərzində qeyri-adi heç bir hadisə baş verməyib. Mercedes sürücüləri bütün rəqiblərini qabaqlayıblar. Həmilton daha sürətli olub və trasın yeni rekordunu müəyyən edib – 1:37.627.
| Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
| 1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:37.627 | – | 18 |
| 2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:37.900 | + 0:00.273 | 21 |
| 3 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:38.157 | + 0:00.530 | 22 |
| 4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:38.174 | + 0:00.547 | 22 |
| 5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:38.340 | + 0:00.713 | 16 |
| 6 | 33 | Maks Ferstappen | Red Bull | 1:38.587 | + 0:00.960 | 14 |
| 7 | 14 | Fernando Alonso | McLaren | 1:39.155 | + 0:01.528 | 15 |
| 8 | 2 | Stoffel Vandorn | McLaren | 1:39.277 | + 0:01.650 | 18 |
| 9 | 55 | Karlos Sayns | Renault | 1:39.340 | + 0:01.713 | 15 |
| 10 | 11 | Serxio Peres | Force İndia | 1:39.367 | + 0:01.740 | 19 |
| 11 | 19 | Felipe Massa | Williams | 1:39.383 | + 0:01.756 | 16 |
| 12 | 27 | Niko Hülkenberq | Renault | 1:39.396 | + 0:01.769 | 18 |
| 13 | 31 | Esteban Okon | Force İndia | 1:39.500 | + 0:01.873 | 18 |
| 14 | 20 | Kevin Maqnussen | Haas | 1:39.831 | + 0:02.204 | 19 |
| 15 | 8 | Roman Qrojan | Haas | 1:40.079 | + 0:02.452 | 19 |
| 16 | 94 | Paskal Verlyayn | Sauber | 1:40.307 | + 0:02.680 | 20 |
| 17 | 18 | Ləns Stroll | Williams | 1:40.572 | + 0:02.945 | 16 |
| 18 | 10 | Pyer Qasli | Toro Rosso | 1:40.737 | + 0:03.110 | 21 |
| 19 | 9 | Markus Eriksson | Sauber | 1:40.789 | + 0:03.162 | 21 |
| 20 | 28 | Brendon Hartli | Toro Rosso | 1:40.883 | + 0:03.256 | 23 |





