Rəsmən: Türkiyə QP yenidən təqvimə qayıdıb

Türkiyə Qran Prisi ləğv edilən Sinqapr Qran Prisini Formula1 təqvimində əvəz edəcək.

F-1.az xatırladır ki, İyunun 13-də qardaş ölkədə yarış keçirilməsi planlaşdırılırdı, amma Türkiyədə yoluxmalar çox olduğu üçün Britaniyanın qırmızı siyahısına düşmüş və buna görə yarış ləğv olunmuşdu. Lakin oktyabrda keçirilməsi planlaşdırılan Sinqapur yarışının ləğv olunması ilə Türkiyə yenidən təqvimə qayıdacaq. Beləliklə 1-3 oktyabr tarilərində İstanbul Parkda yarış keçiriləcək.

Türkiyə hələ də Britaiyanın qırmızı siyahısındadır. Türkiyədən oraya qayıdanlar 10 gün otel otaqlarında təcrid olunmalıdırlar. Lakin Türkiyədən sonra Yaponiya yarışı gəldiyi üçün 10 günlük müddətin bu yolla keçməsi planlaşdırılır.

Qeyd edək ki, qardaş ölkə keçən mövsüm doqquzillik fasilədən sonra təqvimə qayıtmış və Lyuis Həmilton yarışı qazanaraq, 7-ci çempionluğunu qeyd etmişdi.

Stefano Domenikali: “İstanbul Parka qayıtdığımız üçün çox xoşbəxtik. Dünyanın ən yaxşı traslarından birində keçənilki kimi maraqlı yarış izləmək istəyirik. İstanbulda yarışın baş tutmasında əziyyət çəkən Vural Aka təşəkkür edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*