22 Avqust 2019, Cümə axşamı - 17:31

Tribunalın iclası başa çatıb, qərar sabah elan olunacaq

Tribunalın iclası başa çatıb, qərar sabah elan olunacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:59 - 21 İyun, 2013

FİA-nın Parisdəki mənzil qərargahında Beynəlxalq Tribunalın bugünkü iclası işini başa vurub, iclasda Pirelli şirkətinin Mercedes AMG komandası ilə Barselonada keçirdiyi […]

FİA-nın Parisdəki mənzil qərargahında Beynəlxalq Tribunalın bugünkü iclası işini başa vurub, iclasda Pirelli şirkətinin Mercedes AMG komandası ilə Barselonada keçirdiyi testlər müzakirə olunub, qərar sabah elan olunacaq.

Bu gün Tribunalın dörd hakimi tərəflərin arqumentlərini dinləyiblər – iclas 7 saat sürüb. İclas FİA-nın vəkili Mark Hovardın ittihamı ilə başlayıb – Mark testlərin iştirakçılarını reqlamenti pozmaqda günahlandırıb. Daha sonra isə Mercedes AMG komandasının vəkili Pol Harris söz alıb və bildirib ki, testlər Pirelli şirkəti tərəfindən təşkil olunmuşdu və 2013-cü ilin maşınından istifadəyə onlar Çarli Uaytinqdən icazə almışdılar. Sonda isə Pirelli-nin vəkili Dominik Düma çıxış edərək bildirib ki, FİA-nın təkər istehsalçısını bu cür testlərə görə cəzalandırmaq səlahiyyəti yoxdur.

Sabah hakimlər bir daha toplaşacaqlar və nahardan sonra qərar elan olunacaq, əgər lazım gələrsə, tərəflərdən hər hansı biri qərardan şikayət edə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 334
Teqlər , , , , , , ,
Paylaş

logo