10 Dekabr 2018, Bazar ertəsi - 23:47

2017-ci il qaydaları qəbul olunmayıb

2017-ci il qaydaları qəbul olunmayıb

Müəllif: Rauf Hacıyev, redaktor

06:38 - 27 Aprel, 2016

Formula1 2017-ci ildəki qaydaları müəyyən etmək üçün bir az da gözləməli olacaq. Bunun səbəbi isə iclasda az adamın iştirak etməsi olub…

F-1.az bildirir ki, dünən Strateji İşçi Qrup və F1 Komissiyası Formula1-dəki yeni qaydaları müəyyən etmək üçün iclas keçiriblər.

Yeni qaydalara əsasən bolidlərdə aerodinamik cəhətdən dəyişikliklər olacaq və bununla da bolidlər 5 saniyə sürətlənəcək, mühərriklə bağlı qaydalar dəyişdiriləcək və xərclər azaldılacaq, bundan başqa müxtəlif mühərriklər arasındakı güc fərqi də azalacaq.

Qeyd edək ki, Mercedes komandası hazırkı qaydaların dəyişdirilməməsinin tərəfdarıdır. Amma daha böyük və geniş bolidlər barədə qaydalar ilin əvvəlindən müzakirə edilsə də,  bunun hələ də heç bir nəticəsi olmayıb.

Strateji İşçi Qrup və F1 Komissiyasının iclasında mühərriklə bağlı qaydalar razılıq toplamayıb. Strateji İşçi Qrup illik 3 mühərrik, güc cəhətdən bir-birinə yaxın mühərriklər, aşağı xərclər və hər komandanı mühərriklə təmin etmə qaydalarının çoxunu qəbul edib. Amma F1 Komissiyası qərar verməkdə çətinlik çəkib.

FOM, FİA, komandalar, sponsorlar və təşkilatçılardan ibarət olan F1 Komissiyasında istənilən sayda üzv olmadığı üçün qaydalarda heç bir dəyişiklik olmayıb.

Amma bu problemi həll etmək üçün internet üzərindən səsvermə aparılacaq. Bu səsvermə həftənin sonuna – aprelin 30-dək yekunlaşmalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 625
Teqlər , , ,
Paylaş

logo