Avstriya-2020: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Red Bull Rinqdə baş tutacaq ikinci yarışdan – Ştiriya Qran Prisindən əvvəl Lyuis Həmilton cərimə balları hesabında liderdir. Britaniyalıda mövcud 7 baldan 4-nü elə keçən həftəsonu yazılıb – 2 bal sıralanma turunda sürətini azaltmadığına görə, daha 2 bal isə yarışda Elbonla insidentə görə.

Aşağıdakı cədvəldə sürücülərin mövcud balları və növbəti qüvvədən düşəcək balların tarixi və miqdarı qeyd olunub.

N Sürücü Bal Komanda Növbəti ləğv olunacaq ballar və tarix
44 Lyuis Həmilton 7 Mercedes AMG 28.07.2020 – 1 bal
5 Sebastyan Fettel 5 Ferrari 13.07.2020 – 2 bal
26 Daniil Kvyat 3 AlphaTauri 27.10.2020 – 2 bal
18 Ləns Stroll 2 Racing Point 08.09.2020 – 2 bal
7 Kimi Rəykkönen 2 Alfa Romeo 29.09.2020 – 2 bal
16 Şarl Lekler 2 Ferrari 13.10.2020 – 2 bal
33 Maks Ferstappen 2 Red Bull 26.10.2020 – 2 bal
3 Daniel Rikkardo 2 Renault 17.11.2020 – 2 bal
99 Antonio Covinatsi 1 Alfa Romeo 03.08.2020 – 1 bal
23 Aleksander Elbon 1 Red Bull 08.09.2020 – 1 bal
20 Kevin Maqnussen 1 Haas 29.09.2020 – 1 bal
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*