17 Oktyabr 2019, Cümə axşamı - 09:25

Pilotlar 2017-ci ilə kimi bağlı kokpitlərə keçməyə ümid edirlər

Pilotlar 2017-ci ilə kimi bağlı kokpitlərə keçməyə ümid edirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

23:00 - 27 Yanvar, 2016

Sürücülər hesab edirlər ki, Formula1 çempionatının rəhbərliyi pilotların başının qorunması təkliflərinin realizasiyasını gecikdirməyəcək.

Jül Byankinin və Castin Uilsonun ölümündən sonra avtoidman seriyalarında sürücünün ən zəif yeri – başının qorunması səviyyəsinin artırılması üzrə müzakirələr yenidən qızışıb.

F-1.az xəbər verir ki, Mercedes-in təklif etdiyi konsepsiya müəyyən dəstək qazanıb. Təklif çox sadədir – sürücünün başının üzərini xüsusi halqa qoruyur (xristianlıqda müqəddəslərin başının ətrafında olan halqanı xatırlatdığı üçün konsepsiyaya “nimbus” adı verilib). Bu təklif sürücünün başını qorumaqla yanaşı görməyə də təsir etmir.

Sürücülərin Həmkərlar İttifaqının (GPDA) sədri Aleks Vürsün fikrincə, bu təklifi təxirə salmağa heç bir səbəb yoxdur, çünki sistemin ilk testləri ümidverici olub. BBC kanalında çıxışı zamanı Vürs deyib ki, “FİA-nın ekspertləri ciddi tədqiqatlar apardılar və nəticədə biz problemin dəqiq həllini tapdıq, indi sürücülər hesab edirlər ki, başın müdafiəsi 2017-ci ildən gec olmayaraq tətbiq edilməlidir…”

Vürs ümid edir ki, qarşıdakı cümə günü FOM və FİA-nın texniki direktorlarının görüşündə bu konsepsiya təsdiq olunacaq.

Vürs əlavə edib: “Aydındır ki, şassinin struktur dəyişikliyi tələb olunacaq, amma bizim ehtiyatda bir ilimiz var. Həm də mən elə bir texniki mütəxəssis tanımıram ki, təhlükəsizlik sahəsində ciddi dəyişikliklərin əleyhinə olsun, xüsusən də ölümlə nəticələnən insidentləri yada salmaq lazımdır.

Ona görə də bütün sürücülər və mən ümid edirik ki, əlavə müdafiə sisteminin təsdiqi sadəcə formal xatakter daşıyacaq…”

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 447
Teqlər , , , , ,
Paylaş

logo