13 Noyabr 2019, Çərşənbə - 14:06

Sürücülər bu mövsüm biometrik əlcəklərlə yarışacaqlar

Sürücülər bu mövsüm biometrik əlcəklərlə yarışacaqlar

Müəllif: Elçin Zodorov, redaktor

11:08 - 01 Fevral, 2018

Bu il Formula1 sürücüləri nəbzi və qandakı oksigen səviyyəsini ölçən, bu məlumatları blyutuz vasitəsi ilə ötürən xüsusi biometrik sensorlu əlcəklərdən istifadə edəcəklər. Qəza anında tibbi nümayəndələr bu əlcəklər vasitəsi ilə sürücünün vəziyyəti barədə dərhal məlumat ala biləcəklər.

F-1.az xəbər verir ki, FİA bu yeniliyin sürücülərə maneçilik törətməyəcəyinə əmindir. Cəmi 30 qram ağırlığı və 3 mm qalınlığı olan sensor ovuca və ya şəhadət barmağının üzərinə yerləşdiriləcək.

Loran Mekis, FİA-nın Təhlükəsizlik Komissiyasının rəhbəri: “Özümüzə sual verdik: Tibbi heyət və sürücülərə kömək üçün ən yeni texnologiyadan necə istifadə etmək olar? Nəticə olaraq, sürücülərin əlcəkləri üçün bir çip düzəltdik. Qəza anında sürücünün vəziyyəti tibbi maşındakı monitorlarda əks olunacaq. Həkimlər sürücünün vəziyyətini bildikdə, buna uyğun davrana bilərlər. Məsələn, elə hal ola bilər ki, sürücüyə dərhal tibbi müdaxilə etmək lazım gələr, və ya əksinə, çox ehtiyatla davranmalı olarlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 336
Teqlər ,
Paylaş

logo