Sürücülər bəyanat yayıblar

Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) bilirib ki, idmanın köhnədən qalan və həddindən artıq bürokratik strukturu dəyişdirilməlidir...

F-1.az xatırladır ki, Formula1 sürücüləri Barselona testlərindən bəri müxtəlif mövzular barədə tənqidi fikirlər səsləndirirlər və idmanın doğru yolda olmadığını deyirlər.

F1-də debüt edən sürücülərdən Dünya Çempionu titulu qazanmış sürücülərə qədər hamı yeni sistemin işləmədiyini deyirlər. Sürücülər istəyirlər ki, yeni qərar verərkən onların da fikirləri nəzərə alınsın.

Ona görə də pilotlar üzvü olduqları GPDA tərəfindən rəsmi məktub yayımlayıblar və şikayətlərini məktub vasitəsilə dilə gətiriblər.

Pilotlar məktubda F1-in idarəçilərinə müraciət ediblər ki, qərar mexanizmində pilotların rolu böyük olsun və onlar əlavə ediblər ki, bürokratik F1 idarəçiliyi təcili qərarların verilməsinə mane olur.

Pilotlar bildiriblər ki, bu vəziyyət idman üçün təhlükəlidir və öz planlarını da məktubda qeyd ediblər.

Məktub aşağıdaki kimidir:

“Hörmətli Formula1 səhmdarları, tərəfdaşları və azarkeşləri!

Biz uşaqlıqdan xəyalını qurduğumuz idmanın bir parçası olduğumuz üçün çox xoşbəxtik. Biz gördüyümüz işi çox sevirik və istəyirik ki, həmişə irəli getsin.

Məqsədimiz idmanda rəqabətin artmasıdır. Bundan başqa idman müasir iqtisadi şərtlərə də adaptasiya olunmalıdır.

Amma biz düşünürük ki, son illərdə edilən qayda dəyişiklikləri idmana xeyir vermir, əksinə, zərər verir və böyük problemlər hamısı gözardı edilir. Bu vəziyyət idmanı inkişaf etdirməkdənsə, geriyə aparır və fanlara mənfi təsir edir.

Ona görə də idarəçilikdəki qarışıqlıqlar həll olunmalı, bürokratiya azaldılmalı və qərar mexanizminin üstündə yenidən işlənməlidir.

Biz istəyirik ki, Formula1 əzəli rəqabətin yaşandığı və dünyanın ən yaxşı sürücülərinin və traslarının olduğu nüfuzlu idman növü kimi qalsın. Biz istəyirik ki, idman öz elitar statusunu qorusun.

Formula1 dünyanın ən məşhur idman tədbirlərindən biridir və onu milyonlarla insan izləyir. Biz istəyirik ki, Formula1 idarəçilərinə əlimizdən gələn köməyi edək.

Ümid edirik ki, yazdığımız bu məktubu pilotların idarəçilərə üsyanı kimi qəbul etməzsiniz.

Bizə belə açıqlama səlahiyyəti verən təşkilata təşəkkür edirik.

Bütün Formula1 pilotları adından Aleksandr Vürs, Censon Batton və Sebastyan Fettel.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*