09 Dekabr 2019, Bazar ertəsi - 20:22

Super Formula bolidi ilə F1 bolidinin fərqi nədir?

Super Formula bolidi ilə F1 bolidinin fərqi nədir?

Müəllif: Rauf Hacıyev, redaktor

16:49 - 11 Oktyabr, 2019

Toro Rosso komandası ilə cümə sərbəst yürüşlərinə çıxan Naoki Yamamoto F1 bolidindən təsirlənib.

F-1.az xatırladır ki, öz ölkısində ilk dəfə F1 bolidi sürən yaponiyalı sürücü cümə sərbəst yürüşlərini 17-ci yerdə bağlayıb.

Naoki Yamamoto: “Bolidin gücü inanılmazdır. Buna təəccübləndim. Heç vaxt bu həddə güc hiss etməmişdim. Qaz pedalının məsafəsi uzundur. Sessiyanın əvvəlində çətin olsa da, sonra öyrəşdim. Super Formula bolidləri 600, F1 bolidləri isə 900-1000 at qüvvəsindədir. Çəkidə də fərq var. Super Formula maşını 600 kq olduğu halda, burada 100 kilo ağırdır. Bu da bolidin balansına təsir edir. Pirelli təkərləri ilə işləmək də çətindir. Komanda mənə bu barədə kömək etdi. F1 bolidi barədə çox şey öyrəndim. Aşağı sürətli döngələr çətin idi. Amma sərbəst yürüş üçün belə olsa, Yaponiyada F1 bolidi sürmək gözəl idi. Toro Rosso komandasına təşəkkür edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 194
Teqlər , , ,
Paylaş

logo