Stroll Mayami yarışı üçün səbirsizlənir

Bakıda həm sprint, həm də əsas yarışı xalla başa vuran kanadalı sürücü Mayamidəki yarışdan daha artığını gözləyir.

F-1.az xəbər verir ki, Ləns hər nə qədər bu il yüksək mövqelər uğrunda mübarizəyə imkan verən maşına sahib olsa da, təcrübəli komanda yoldaşından xeyli geri qalır.

Ləns Stroll: “Azərbaycanda gərgin həftəsonundan sonra Mayamiyə uçmaq və sükan arxasına qayıtmaq əladır. ABŞ-da Formula1-in nə qədər böyüdüyünü izləmək inanılmazdır – mən dolu tribunaları görməyi sevirəm. Ümid edirəm ki, pərəstişkarlar üçün gözəl bir şou təqdim edəcəyik!

Keçənilki yarış ilə bağlı qarışıq xatirələrim var: startdan əvvəl müəyyən edilmiş problemlərə görə pit-leyndan başladım, lakin pelotonu ikiyə böldüm və onuncu yeri tutdum ki, bu da kifayət qədər yaxşı nəticə sayıla bilər. Trasın özü sürətli və çətindir, lakin şəhər halqası belə olmalıdır.

Mayamidə risk etməlisən, amma müəyyən xətti keçsən, səhvin cəzası qaçılmaz olacaq. Bu, xoşuma gəlir! Həmişə olduğu kimi, xal qazanmaq üçün hər fürsətdən istifadə etdiyimizi bilərək, bu həftə sonu mümkün olan ən yaxşı nəticə üçün üçün var gücümüzlə hücuma keçəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*