F.Massa əmin ola bilmir

Massa testlərin ilk günündən sonra kimin daha üstün olduğunu deyə bilmir.

F-1.az xatırladır ki, 2017-ci il mövsümünün ilk qış testləri start götürüb. Amma hələki Massa Melburnda kimin qalib gələcəyini proqnozlaşdıra bilmir: “Mercedes gözəl görünür. Ferrari çoxlu dəyişikliklər edib. Amma Red Bull-un paylaşdığı videoda heç nə görmək mümkün deyil. Testlərdə hələki bəzi məlumatlar toplamışıq, amma Melburnda hər şeyi daha dəqiq biləcəyik.

Keçən il kiçik və azbüdcəli komandaya getməmək üçün təqaüdə çıxmışdım. Amma Kler mənə zəng vurduqdan sonra hər şey dəyişdi”.

Massa əlavə edib ki, sonuncu dəfə yanvar ayında bolid idarə edib. Bu komanda yoldaşı Ləns Strollun 2014-cü il bolidini test edərkən baş verib: “Bəhreynə getdim. Ona və komandaya kömək etmək üçün gün ərzində bolidi sürdüm. Mövsümöncəsi testlərdən əvvəl bolid sürmək yaxşı hal idi. Hazırkı dövrdə test etmək çətindir. Xüsusən də bu il Formula1 və Formula3 arasındakı fərq çox olacaq. Buna görə də testlər vacibdir. Strolla tanış olanda onun 8 yaşı var idi. Atası barədə çox şey bilirdim. O vaxtkı uşağın indi komanda yoldaşım olması mənə həzz verir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*