L.Stroll: Yarışı xatırlamaq istəmirəm

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, Monako yarışını bir daha xatırlamaq istəmir.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışa gerilərdən başlayıb və ilk dövrədə bir neçə rəqibi ilə təmas yaşayıb. Buna görə də bir neçə yer itirib. Bundan sonra Strollun maşını zədələnib və arxa qrupda yüksəlmək istəyərəkən başqa təmaslar da yaşayıb. Nəticədə 24 yaşlı pilot mübarizəni vaxtından əvvəl dayandırıb.

Ləns Stroll: “Sözün açığı, bu yarışı xatırlamaq istəmirəm. İlk dövrə xaotik idi və çox təmas oldu. Hər yer karbon fiber detallarla dolu idi. Bu təmaslardan çox maşın zədə aldı, amma ynə də bəzi rəqiblərimi keçə bildim. Bundan həzz də aldım.

Ancaq yağışdan əvvəl də bolidi yavaşlatmaqda çətinlik çəkirdim. Yağış yağandan sonra əyləc problemlərinə görə maşını saxlaya bilmədim. Deyəsən beş dəfə divara çırpıldım. Mənim günüm deyildi.

Bundan başqa yaxşı nəticəyə görə Fernandonu təbrik edirəm. Növbəti həftə Barselonada xallar qazanmağa çalışacağam. İndidən İspaniyanı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*