Ştayner: Formula1-in peşəkar stüardlara ehtiyacı var

Monako Qran Prisinin ilk dövrəsində Niko Hülkenberq Loqan Sargentə aqressiv hücum edib. Maşınlar arasında heç bir təmas olmayıb, lakin Niko etdiyi hərəkətə görə beş saniyəlik cəza alıb.

F-1.az xəbər verir ki, Barselonada Haas komandasının rəhbəri Günter Ştayner cərimələrin verilməsində ardıcıllıq mövzusuna qayıdıb və Formula1-in peşəkar stüardlara ehtiyacı olduğunu söyləyib.

Günter Ştayner: “Hər bir peşəkar idman növündə peşəkar hakimlər var. Formula1 dünyanın ən böyük idman seriyalarından biridir, lakin biz karyeralarına milyonlarla sərmayə qoyan insanların taleyini həll edən qeyri-peşəkarların xidmətindən istifadə etməyə davam edirik.

Qərarların qəbulunda ardıcıllığın olmadığını daim müzakirə edirik. Konkret olaraq kimisə qınamaq istəmirəm, amma stüardlar daimi olaraq öz vəzifələrini yerinə yetirmirlərsə, deməli bu iş deyil. İşdə maaş alırsan, işini yaxşı yerinə yetirməsən işdən qovula bilərsən. Formula1-də isə stüardları işdən çıxarmaq olmaz, çünki onlara maaş verilmir. Düşünürəm ki, sistemi dəyişmək lazımdır – vaxt yetişib.

Biz bu məsələni illərdir müzakirə edirik. Hər bir digər idman növünün peşəkar hakimləri var, o cümlədən Amerika NASCAR və IndyCar seriyaları. Bu seriyalardakı stüardlarla problemlər və ya yarış direktorunun mübahisəli qərarları haqqında nə qədər tez-tez eşidirsiniz? Çox nadir hallarda.

Formula1-dən fərq ondadır ki, Amerika seriyasında fərqli yanaşma tətbiq olunur – orada stüardlar daimi işləyirlər. Mən həmişə güman edirəm ki, sürücü günahkar olduğu sübuta yetirilməyənə qədər günahkar deyil. Mən günahsız olduğumu sübut etməməliyəm – bu belə deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*