Silverstounda işlər başa çatmaq üzrədir

Klassik Silverstoun avtodromunda rekonstruksiya işləri başa çatmaq üzrədir – bu barədə Böyük Britaniya Qran Prisinin təşkilatçıları bildiriblər. Arena adını almış […]

Klassik Silverstoun avtodromunda rekonstruksiya işləri başa çatmaq üzrədir – bu barədə Böyük Britaniya Qran Prisinin təşkilatçıları bildiriblər. Arena adını almış trasın yenilənmiş konfiqurasiyası bu il həm Formula1 yarışını, həm də Moto GP və Superbayk mərhələlərini qəbul edəcək.

Riçard Filips: “Trasda və kompleksdə işlər qrafikə uyğun gedir. Bizim işçilər sutkada 24 saat işləyirlər, hava şəraiti qənaətbəx deyil, amma çalışırıq ki, hər şey vaxtında hazır olsun.

Brooklands və Woodcote döngələrindəki işlər artıq qurtarıb, bundan başqa start düzlüyünə çıxışda yeni təhlükəsizlik zonası düzəldilib. Abbey döngəsindən Arena kompleksinə kimi trasın yeni hissəsinin tikintisi tam sürətlə gedir…

Görüləsi iş hələ çoxdur, biz bütün mart ayını işləyəcəyik. Yeni Stowe kompleksi ərzisində konfrans və müxtəlif tədbirlərin keçirilməsi üçün binanın tikintisi də davam edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*