S.Fettelin uğursuzluğuna Brembo əyləcləri səbəb olmayıb

Yarış maşınları üçün əyləc sistemləri hazırlayan Brembo şirkəti Melburnda Sebastyan Fettelin yarışı yarımçıq dayandırmasına səbəb əyləcin olması xəbərlərini təkzib edib. […]

Yarış maşınları üçün əyləc sistemləri hazırlayan Brembo şirkəti Melburnda Sebastyan Fettelin yarışı yarımçıq dayandırmasına səbəb əyləcin olması xəbərlərini təkzib edib. Fettel rəqiblərini böyük üstünlüklə qabaqlayırmış, amma onun RB6-da qabaq sol təkərlə yaranmış mexaniki problemlər üzündən trasdan çıxıb.

Bu gün Brembo-nun mətbuat xidməti reliz yayaraq bildirib ki, Fettelin uğursuzluğuna səbəb əyləclər olmayıb…

Relizdə deyilir: “Avstraliya Qran Prisinin gedişində Red Bull komandasının sürücüsü Sebastyan Fettelin yarışı yarımçıq dayandırması ilə əlaqədar olaraq Brembo bəyan edir ki, 13-cü döngədən sürücünün trasdan çıxmasına səbəb əyləc sisteminin problemi olmayıb. Red Bull komandası da təsdiq edib ki, Fettelin maşınında qabaq sol təkərin fırlama valı yerindən açılıbmış.

Yarışdan sonra aparılmış araşdırma təsdiq edib ki, təkər qaykası pit-stop zamanı düzgün bağlanıbmış. Bütün mümkün versiyalar yoxlanılıb. Komanda bizə məlumat verib ki, Malayziya Qran Prisində bəzi texniki yeniliklərdən istifadə edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*