S.Buemi Tostu təəccübləndirib

Toro Rosso komandasının başçısı Frans Tost etiraf edib ki, çempionatın debütantı Sebastyen BUeminin nümayiş etdirdiyi forma on çox təəccübləndirib, beləki […]

Toro Rosso komandasının başçısı Frans Tost etiraf edib ki, çempionatın debütantı Sebastyen BUeminin nümayiş etdirdiyi forma on çox təəccübləndirib, beləki isveçrəli sürücü ilk yarışlardan başlayaraq daim xal qazanamq uğurunda mübarizə aparır…

Frans Tost: “Biz gözləmirdik ki, o ilk yarışlardan xal qazanmağa başlayacaq. Biz hesab edirdik ki, Sebastyenin ustalığı yarışdan yarışa artacaq, sonra isə mövsümün ikinci yarısında o xal qazanmağa başlayacaq.

Çində o əla işlədi. Vəziyyət olduqca çətin idi, amma o ciddi səhvə yol vermədi, cəmi bir dəfə Fettelin maşınına arxadan yavaşca toxundu, xoşbəxtlikdən Sebastyan yarışı davam etdirdi və qələbə qazandı.

Formula1-də təcrübən olmadan debüt etmək mümkün deyil, ona görə də mövsümöncəsi testlərdə Buemi xeyli məsafə qət etmişdi, mövsümün gedişində isə testlər qadağan olunub. Qışda Buemi gərgin hazırlıq proqramını yerinə yetirdi, lap keçənilki maşının sükanı arxasında olsa belə, əvəzində sliklərə öyrəşdi və mexaniklərlə işləməyi öyrəndi.

Mühəndislərin təfəkkür məntiqini başa düşmək vacibdir, onlar isə öz növbəsində sürücünü başa düşməlidirlər: yalnız bu halda komanda vahid olur. Bu vacib prosesidr və bunu qiymətləndirmək lazımdır.

Amma qış testləri sadəcə proqramın bir hissəsidir. Buemi fiziki hazırlıqla da məşğul olurdu, Red Bull Technologies mərkəzində trenajorda çalışırdı. Bütün bunlar gənc sürücü üçün Formula1-də debüt ərəfəsində vacibdir.

Amma Buemi GP2-də də pis çıxış etmirdi, qələbələr qazanırdı, onun testlərdə işi yaxşı təsir bağışlamışdı, həm də o Red Bull-un gənclər proqramının iştirakçısıdır. Biz bütün bu faktorları nəzərə aldıq və onu komandaya götürməyə risk etdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*