Sayns Audi-yə keçmək istəyir? – Binotto şayiələri şərh etdi

Formula1-də Audi layihəsinin rəhbəri Mattia Binotto son həftələrdə yayılan, Karlos Saynsın gələn il komandanın tərkibində Niko Hülkenberqi əvəz edə biləcəyi barədə yayılan şayiələri şərh edib.

Mattia Binotto: “Əvvəla, mən qəzet oxumuram və ya, demək olar ki, çox az oxuyuram, ona görə də bu şayiələri sizdən eşidirəm. Əlbəttə, mən Karlosu yaxşı tanıyıram, buna görə də onun adını Audi-yə bağlamaq kifayət qədər asan və tamamilə məntiqlidir. Amma yalnız bir şeyi deyə bilərəm: indiki heyətimizdən çox razıyam.

Qabriel Bortoleto və Niko Hülkenberq barədə danışanda tez-tez eşidirəm ki, komandamızda təcrübə ilə gəncliyin yaxşı bir qarışığı var, amma mən onları başqa cür qiymətləndirərdim. Onlar hər ikisi çox sürətli sürücüdür və məhz buna görə məmnunam. Hər ikisi sürətlidir, ona görə də komandamız güclü heyətdir.

Komandamızla digər sürücülərin adının əlaqələndirilməsinə gəlincə, bu məni yalnız sevindirə bilər; çünki bu, layihəyə olan etimadın artdığını göstərir. Bu göstərir ki, kənardan artıq bizim bir gün rəqabətqabiliyyətli ola biləcəyimiz bacarığını sadəcə şayiə kimi deyil, ciddi qəbul etməyə başlayıblar. İndi buna həqiqətən inanırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*