Saxir, 17 fevral

Kimi Rəykkönen Bəhreyn testlərinin ikinci günü protokollara başçılıq edib. Səhər finlandiyalı sürücü 40 dövrə vurub, F60-ın konfiqurasiyasının müxtəlif variantlarını yoxayıb, […]

Kimi Rəykkönen Bəhreyn testlərinin ikinci günü protokollara başçılıq edib. Səhər finlandiyalı sürücü 40 dövrə vurub, F60-ın konfiqurasiyasının müxtəlif variantlarını yoxayıb, lakin KERS-in soyutma sistemindəki problem üzündən boksda 3 saatdan çox ləngiməli olub. Komandanın mətbuat relizində belə bir təcrübənin faydalı olması göstərilib. Kimi trasa qayıtdıqdan sonra iki itin trasa çıxması üzündən testlər bir daha dayandırılıb – heyvanlar trasdan çıxarıldıqdan sonra testlər davam etdirilib…

Yarno Trulli protokollarda ikinci sətri tutub, italiyalı sürücü günün ən böyük məsafəsini qət edib və sabah estafeti Timo Qloka verəcək. Kristian Klini əvəz etmiş Nik Haydfeld üçüncü olub. Nik bu gün yeni F1.09-un sükanı arxasında ilk dəfə quru havada işləyib…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. K.Rəykkönen Ferrari Ferrari 1:32.102 107
2. Y.Trulli Toyota Toyota + 0:00.128 149
3. N.Haydfeld BMW Sauber BMW + 0:00.483 104

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*