Sahara Force İndia F1 Team – VJM05

Sahara Force İndia komandası yeni maşının təqdimatı üçün maksimal praktiki metod seçib – fevralın 3-də komanda Silverstoun avtodromunu icarə edib […]

Sahara Force İndia komandası yeni maşının təqdimatı üçün maksimal praktiki metod seçib – fevralın 3-də komanda Silverstoun avtodromunu icarə edib və yeni VJM05-in qısa rəsmi təqdimat mərasimi keçirilib. Pol di Resta və Niko Hülkenberq maşının üzərindən pərdəni çəkiblər – mərasimdə komandanın ehtiyat sürücüsü Jül Byanki də iştirak edib, mərasimdən dərhal sonra pol trasda bir neçə dövrə vurub.

force2
Vicey Malya, komandanın başçısı: “Bu il bizim məqsədimiz Mühəndislər Kubokunda beşinci yer uğrunda mübarizə aparmaqdır, bunun üçün mövsümə keçən ilin sonunda olduğumuz formada başlamalıyıq. Məncə, məqsədimizə nail ola bilərik, bizim kifayət qədər biliyimiz və motivasiyamız var.”

Otmar Safnauer, əməliyat direktoru: “Maşın üzərində işimizin ilk mərhələsi uğurla başa çatıb. Biz rəqiblərimizdən xəbərsizik, amma özümüzün ciddi inkişaf etməsini bilirik və biz əminik ki, mövsümü əla formada başlayacayıq. Peletonun ortasında mübarizə həmişəki kimi gərgin olacaq – bizim məqsədimiz keçən illə müqayisədə bir addam da irəliləməkdir.”

force3
VJM05 – Əndi Qrinin hazırladığı ikinci maşındır, keçən il olduğu kimi maşına Mercedes-Benz şirkətinin hazırladığı motor və KERS, McLaren Applied Technologies şirkətinin hazırladığı ötürmələr qutusu qoyulub. Maşın yeni reqlamentin tələblərinə uyğun hazırlanıb, burun elmentində mövsümə xas olan pilləni görmək mümkündür. Maşın bu yaxınlarda FİA-nın məcburi krəş-testlərini keçib.

Əndi Qrin: “Keçən il biz çox şey öyrəndik, mövsümün gedişində maşının işinin və aerdoinamikasının effektliyini artıra bildik. İndi daha bir addım irəliləməliyik. Maşının konstruksiyasında yenilik çoxdur. \

Yeni maşın keçənilkindən də sürətli olmalıdır və elə ilk yarışlardan rəqabətədavamlı olmalıdır. Maşının arxasında asfalta yatma qüvvəsinin itkisini kompensə etməyə çalışmışıq. Aerodinamik boruda aldığımız nəticələr nikbin olmağımıza əsas verir. Hərçənd, real qüvvələr nisbətini yalnız Melburnda sıralanma turunda biləcəyik.”

force4
Pol di Resta: “Maşını birinci dəfə görmək həmişə həyəcanlı olur – artıq hər şey arxadadır, tezliklə yeni mövsümə start veriləcək. Qışda yaxşı dincəlmişəm,indi mövsümöncəsi testlərə tam hazıram.

Bizim məqsədimiz mövsümə keçənilkindən yaxşı başlamaqdır. Keçən ilin sonunda biz Mühəndislər Kubokunda hətta beşinci yeri qazanmağa da yaxın idik, amma nəticədə altıncı olduq. Bu il əsas vəzifəmiz bir addım irəliləməkdir.”

Niko Hülkenberq: “Mən yeni maşını aerodinamik boruda bir neçə dəfə görmüşdüm və onun inkişafını izləyirdim. Yeni maşın mənə aqresiv və sürətli görünür, amma hələlik real potenasialını bilmirik, yalnız rəqiblərimizlə bir trasda görüçdükdən sonra bunu biləcəyik.

Yeni mövsümə hazırlıq gərgin keçdi, mən çox məşq eləmişəm, simulyatorda işləmişəm və indi mübarizəyə tam hazıram. Gələn həftə mən yeni maşını trasda yoxlayacam – səbirsizliklə bunu gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*