25 May 2019, Şənbə - 15:41

Red Bull RB5

Red Bull RB5

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:54 - 10 Fevral, 2009

Bu gün Red Bull Racing komandası jurnalistlərə yeni maşınını göstərib – RB5 Xeresdə debüt edib. Səhər Sebastyan Fettel və Mark […]

rbull1

Bu gün Red Bull Racing komandası jurnalistlərə yeni maşınını göstərib – RB5 Xeresdə debüt edib. Səhər Sebastyan Fettel və Mark Uebber maşının üstündən pərdəni çəkiblər və jurnalistlər Ədrian Nyuinin hazırladığı yeni maşının gözəlliyinə heyran olublar.

rbull2

Komandanın başçısı Kristian Horner komandanın mövsüm üçün məqsədini açıqlayıb – on yeddi yarışdan heç olmasa birində qələbə qazanmaq…

Kristian Horner: “2009-cu ildə biz komanda rəhbərliyində və texniki şöbənin əməkdaşlarında olan stabillikdəki üstünlüyümüzdən istifadə etməliyik. Biz unutmamalıyıq ki, bu əməkdaşlar Scuderia Toro Rosso komandasına və Sebastyan Fettelə keçənilki yarışların birində qələbə qazandıran maşını qurublar.

Biz şübhə etmirik ki, bu uğuru bir daha təkrar edə bilərik, hətta reqlament belə ciddi dəyişikliyə uğradıqdan sonra bizim şansımız daha da yüksəlib. Komandaların qüvvələr nisbətinin necə olmasını hamı bilmək istəyir. Çox güman ki, mövsümün ilk yarışlarında maşınlar arasında fərq böyük olacaq, amma mən hesab edirəm ki, biz yeni maşında nəinki texniki reqlamentin dəyişikliklərini, həm də FİA və FOTA-nın keçən ilin dekabrında irəli sürdükləri təklifləri nəzərə almışıq.

Red Bull Racing komandasında və Red Bull Technology şirkətində əlavə əmək resursları olmur, ona görə də yeni reqlamentə uyğunlaşmaq bizə çətin olmadı və biz gələcəyə nikbinliklə baxırıq.”

rbull3

RB5-də arxa asılqan və ön antiqanad özünəməxsus konstruksiyaya malikdir – Ədrian Nyui həmişə reqlament dəyişikliklərindən başqalarına nisbətən yaxşı istifadə edib, amma hələlik komanda nəticə çıxarmağa tələsmir – qarşıda ilk testlər var, məhz testlərdə maşının sürətini real qiymətləndirmək mümkün olacaq…

rbull4

Ədrian Nyui: “Belə ciddi dəyişikliklər çoxdan olmamışdı, ona görə bizim yeni maşın qurmaq şansımız əmələ gəldi. Məncə, mənim McLaren-də ilk mövsümümdən sonra bu ən gərgin mövsüm oldu – qısa müddət ərzində çox məsələləri həll etməli olduq. Biz işə keçən ilin aprelindən başladıq və həmin andan çox şeyə nail olmuşuq.

Mənim həmişə dəyişikliklərdən xoşum gəlib, çünki yalnız bu zaman əvvəlki maşının detallarını təkmilləşdirmək əvəzinə layihəni sıfırdan başlamalı olursan. Bunun Red Bull-a xeyri olacaqmı – demək çətindir: iki nəzər nöqtəsi var, bir tərəfdən, dəyişikliklər yeni fikirlərə qapı açır, digər tərəfdən daha böyük resurslara malik olan komandalar üstünlük qazanırlar.

Bu il biz çox maraqlı fikirlər görəcəyik, bu həmişə belə olur. Bizim bir neçə variant işləməy resursumuz yoxdur, biz ən optimal variant üzərində işləmişik. Zaman göstərəcək, iki-üç il vaxt lazımdır ki, maşınların inkişaf istiqamətini başa düşəsən.

Yeni layihənin həlledici faktoru şassinin çəksinin paylanmasıdır, xüsusən də KERS sistemini nəzərə almaqla. Bir tərəfdən, aydın idi ki, sliklərdən istifadə zamanı şassini pn hissəsini artıq yüklə yükləməliyik, digər tərəfdən, KERS-in əsas hissəi arxada olduğu üçün siz ballastdan istifadə edə bilmirsiniz. Keçən il biz ballastı ön antiqanadlara yerləşdirirdik, KERS-i nəzərə almaqla bunu etmək mümkün deyil. Çox şey sürücünün çəkisindən asılıdır, ona görə də daha ağır və uzun Markla bu məsələ lap çətinləşmişdi.”

rbull6

Komandanın texniki direktoru Ceff Uillis komandanın işində dəyişikliklərdən danışıb…

Ceff Uillis: “Mövsümün gedişində testlərin qadağan olunması Qran Prinin təbiətini dəyişəcək – cümə günü sərbəst yürüşlərdə komanda maşının təkmilləşdirilməsi ilə məşğul olacaq. İndi bizim yarışlar arasında 3 gün ərzində minlərlə kilometr məsafələr qət etmək imkanımız yoxdur, ona görə də təkmilləşdirmə şöbəsi komanda ilə sıx əlaqədə işləyəcək, həm də bu zaman konkret trasın xarakteristikalarını da nzərə almalı olacayıq.

rbull7

Təsəvvür edin ki, cümə günü birinci sessiyadan sonra iki saat ərzində maşının davranışını təhlil edib ikinci sessiyaya hazırlaşmalıyıq və sonda maşını şənbə gününə uyğun konfiqurasiyaya gətirməliyik və yoxlamalıyıq. Belə gərginlikdə həm trasda, həm də bazada məlumatlar təhlil olunmalıdır. Yalnız bu halda hər hansı bir yeniliyin effektliyi barədə dolğun məlumat toplamaq mümkündür.”

Təqdimat mərasimində komandanın yeni-köhnə sürücüsü Sebastyan Fettel və keçən ayağı sındıqdan sonra reabilitasiya kursu keçən Mark Uebber də çıxış ediblər…

rbull8

Sebastyan Fettel: “Mənim məqsədim qələbə qazanmaqdır! Əlbəttə, titul qazanamq istədiyimi indi söyləmək bir az doğru olmazdı – amma mən həqiqətən bunu arzulayıram, amma əvvəlcə biz başa düşməliyik ki, yeni maşın nə dərəcədə rəqabətədavamlıdır, xüsusən də rəqiblərlə müqayisədə. Yeni reqlament bizə liderlərdən geriqalmanı azaltmaq imkanı verə bilər, lakin Ferrari və McLaren favorit olacaqlar – buna şübhəm yoxdur.”

Mark Uebber: “Ədrian Nyuinin hazırladığı yeni maşın ilk görünüşdən adamın xoşuna gəlir. Çox gözəldir, xüsusən də bəzi yerləri. O dahi konstruktordur, amma trasda baxaq görək o bu dəfə nə hazırlayıb.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 311
Teqlər
Paylaş

logo