S.Vandorn: “Yeni bolidimiz sürətlidir”

McLaren Honda komandasının yeni sürücüsü Stoffel Vandorn bildirib ki, 2017-ci ilin bolidləri çox sürətli olacaqlar.

F-1.az xatırladır ki, belçikalı sürücü bu il Formula1-dəki ilk tam mövsümünü keçirəcək. 24 yaşlı sürücü bildirib ki, sürücülər yeni reqlamentə görə çətinlik çəkəcəklər və buna görə də çox ağır rejimdə idman edir: “Hazırda onu bilirik ki, Formuıa1 həmişəkindən daha sürətli olacaq. Məqsədim testlər başlamamışdan əvvəl özümü fiziki cəhətdən yeni mövsümə ən yaxşı formada hazırlamaq idi. Çünki hazırda heç bir yarış olmadığı üçün vaxtımız çoxdur. Bundan yaxşı istifadə etdim.

Yeni mövsümdə sürücülər çox çətinlik çəkəcəklər. Amma mən düşünürəm ki, yaxşı hazırlaşmışam və buna görə də problem yaşayacağımı düşünmürəm. Mövsüm indi bu dəqiqə başlaya bilər.

McLaren Honda hazırda yaxşı vəziyyətdədir. Fasilədən yaxşı istifadə etdik və yeni mövsümdə çox sürətli olacağıq. Ümid edirəm ki, Barselonada problemsiz başlanğıc edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*