S.Peres: Komandam əla iş gördü

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sabah qazanmaq üçün şansı olacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü poulda olan Leklerdən 0.022 saniyə geridə qalaraq, ikinci yeri tutub.

Serxio Peres: “Komandam bu gün əla işlədi. Düzgün qərar verdi və mən də sevincliyəm. Sağlam iş gördük. Poulu 0.022 saniyə fərqlə əldən vermək məyusedicidir, ancaq komanda olaraq yaxşı nəticə qazandıq. Startda Şarla hücum etmək və qalib gəlmək üçün şansımız var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*