Ş.Leklerin saatı oğurlanıb

Ferrari komandasının sürücüsü Şarl Leklerin saatı oğurlanıb.

F-1.az bildirir ki, monakolu sürücü Versiliada azarkeşlərlə şəkil çəkdirərkən, onlardan biri gənc pilotun 300 min avrodan baha olan Richard Mille RM67 saatını biləyindən çıxarıb.

Bu saat Lekler üçün xüsusi hazırlanıb. Real qiyməti 300 min avro civarında olsa da, auksiyonlarda rahatlıqla 1 milyon avroya satıla bilər.

Oğurluğun planlı şəkildə olduğu düşünülür. Lekler saatının itdiyini anlayan kimi polisə şikayət verib. Hadisə araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*