Ş.Lekler: “Yarış mənim üçün erkən bitdi”

Sauber komandasının sürücüsü Şarl Lekler sonuncu Almaniya yarışında itirdiyi xallara görə məyusdur.

F-1.az xatırladır ki, monakolu sürücü Hokkenhaymda xal uğrunda mübarizə aparsa da, yağışa görə keçid təkərlərinə keçib, amma tras tez quruduğu üçün yenidən quru təkərlərə qayıdıb.

Şarl Lekler: “Yarış bizim üçün məyusedici oldu. Yaxşı startdan sonra orta qrupun liderlərindən idim. Performans yaxşı idi və özümə güvənirdim. Yağış başlayanda keçid təkərləri üçün pitə çağırıldım. İki döngə yaş olduğu üçün yağış təkərləri iki dövrə ərzində yeyildi. Ondan sonra yarış bitmişdi. Çox xal itirdim. Yarışda təkərləri qızdırmaq bir çağırış kimi idi. Həftəsonu pis bitsə də, inkişaf etdik. Artıq Macarıstan yarışına fokuslanmışıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*