F.Massa: “Ferstappen Leklerdən təcrübəlidir”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Maks Ferstappen rəqibi Şarl Leklerdən daha təcrübəlidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il Formula1-də 5-ci mövsümünü keçirdiyi halda, Şarl Lekler hələ ikinci mövsümündədir.

Felipe Massa: “Ferrari bu il yenidən gənc sürücü seçdi və bunu görmək gözəldir. Ona baxanda özümü xatırlayıram və Şarl Formula1-in gələcəyidir. Komanda onu seçməklə riskə getmədi. Lekler onsuz da mükəmməl sürücüdür. Sürətlidir, ağıllıdır və inkişafa açıqdır. Uzun qısası, onda hər şey var. Sadəcə çempionluq uğrunda mübarizə üçün güclü maşın lazımdır.

Lekler hazırda Ferstappendən daha təcrübəsizdir və bəzi sahələrdə bunu görmək mümkündür. Lakin Maks bu il yetişkin olmağa başladı. Məncə, hollandiyalı indi-indi çempionluğa namizəd olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*