Ş.Lekler sərbəst yürüşlərdə iştirak etməyəcək

Haas komandasının ehtiyat sürücüsü Şarl Lekler GP3-də çempionluq uğrunda mübarizə apardığı üçün Formula1 üzrə Əbu Dabi QP-nin sərbəst yürüşlərində iştirak etməyəcək.

F-1.az xatırladır ki, monakolu sürücü Yas Marinadakı birinci sərbəst yürüşlərdə Esteban Qutyerresi əvəz etməli idi. Amma Lekler GP3-dəki yarışına fokuslanmaq üçün Formula1-dəki sərbəst yürüşlərdə iştirak etməyəcək.

Xatırladaq ki, 19 yaşlı sürücü GP3-də ən yaxın izləyicisi Aleksander Albonu 29 xal qabaqlayır.

Şarl Lekler: “Mənim üçün çətin qərardır, amma Əbu Dabidə Formula1 bolidi sürməyəcəm. Hazırda tamamilə GP3-ə fokuslanmışam. Əgər sərbəst yürüşlərdə iştirak etsəm, F1-dən dərhal sonra GP3-dəki sıralanma turunda iştirak etməli olacam”.

Xatırladaq ki, Lekler Haas ilə Britaniya, Macarıstan, Almaniya və Braziliyada sərbəst yürüşlərdə iştirak etmişdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*