Ş.Lekler gələcəkdə gənc sürücülərə kömək etmək istəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler gələcəkdə gənc istedadları kəşf etmək istəyir

F-1.az xatırladır ki, monakolu sürücü özü də Formula1-ə gəlmək üçün Jül Byankidən və Nikolya Todtdan kömək alıb. İndi isə o gənc və maddi dəstəyi olmayan gənclərə yardım etmək istəyir

Şarl Lekler: “Mən maddi dəstəyi olmayan istedadlı gənclərə kömək etmək istərdim. Onların arzularını həyata keçirməyə kömək etmək yaxşı təşəbbüs olardı. Belə bir layihənin çox vaxt tələb edəcəyini düşünürəm, ona görə bunun gələcəkdə həyata keçəcəyinə inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*