20 Avqust 2019, Çərşənbə axşamı - 18:26

S.Fettel özünü günahkar sayır

S.Fettel özünü günahkar sayır

Müəllif: Rauf Hacıyev, redaktor

22:52 - 31 May, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Monako QP-də qələbə uğrunda mübarizə aparmadıqları üçün bütün məsuliyyəti öz üzərinə götürüb…

F-1.az xatırladır ki, Ferrari yarışın əvəlində Fetteli yağış təkərlərini keçid təkərlərinə dəyişərək, aqressiv strategiyanı sınamışdı, amma almaniyalı sürücü Felipe Massanın arxasında çoxlu vaxt itirmişdi.

Sebastyan Fettel: “Doğru addım idi. Williams vaxtında pitə girsəydi, hər şey fərqli ola bilərdi. Mən də ümid edridim ki, rəqiblərimi keçə bilərəm və bu qumarı buna görə oynadım. Daha sonra isə yağış təkərində olan Rosberqin qrupuna çatdım və daha sonra onlar pitə girəndə liderlərə çatmaq üçün mübarizə apardım. Onlar yağış təkərlərində idi. Mən isə qurumaqda olan trasda keçid təkərlərində idim.

Amma uğurlu ola bilmədik. Bir fürsəti əldən verdik və buna görə də özümü günahkar sayıram. Komanda mənim Rosberqdən qabaqda trasa qayıtmağımı təmin etdi.

Xoşbəxt deyiləm, çünki ötmə etmək çətin olsa da, rəqiblərimi hər hansı bir yolla keçməyə ümid edirdim. Felipedən daha sürətli idim. Ancaq nəticədə 4-cü ola bildik.

Yarışın sonunda liderlərin o təkərlərlə yarışı bitirə bilməyəcəyini düşünürdüm, amma onlar bunu bacardılar. Serxio ilə fərqi bağlamağa çalışırdım, amma bir dəfə az qala bolidi divara çırpırdım. Ancaq bəzən sınamaq lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 434
Teqlər , , , ,
Paylaş

logo