S.Fettel narahat deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bakıdakı pis başlanğıca görə narahat deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü birinci sərbəst yürüşlərdə 10-cu, ikinci sərbəst yürüşlərdə 11-ci olub.

Sebastyan Fettel: “Bakı Şəhər Halqası çox çətin trasdır, amma bu, hamı üşün eynidir. Bununla bağlı heç bir şey edə bilmərik. Bu gün rəqiblərimə nisbətən bolidi daha çox gücə saldım, amma buna görə narahat deyiləm. Sonlarda tempim yaxşı idi və sabah hər şey yaxşı olacaq. Məncə, bolid yaxşı vəziyyətdədir. Xüsusən də, yarış tempində istədiyimiz səviyyədəyik və sıralanma turuna qədər işlərin yaxşılaşmasını gözləyirəm. İdeal dövrə vura bilmədiyim üçün vəziyyət belə oldu. Zəif yerlərimizi bilirik və buna görə də problem yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*