S.Fettel: Daha yaxşısı mümkün idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, asanlıqla son sessiyaya qala bilərdi.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan yarışına 11-ci yerdən başlayacaq. Lakin o, qırmızı bayraqlara görə sıralanma turunun ikinci sessiyasında son cəhdini tamamlaya bilməyib.

Sebastyan Fettel : “Son sessiyanı 0.029 saniyə ilə əldən verdim və məyusam. 15-ci döngədə səhv elədim və təkərləri kilidlədim. Daha sonra təkər yandı. Bu səhvi etməsəm, son sessiyaya qalardım. Ancaq riskə getməli idim. 15-ci döngədə əylənmək bir az çətindir. Külək də işimi çətinləşdirdi.

Bu trası sevirəm. Buna görə də həzz aldım. Daha yaxşı nəticə göstərə bilərdim. İkinci cəhdimdə buna yaxın olsam da, alınmadı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*