S.Fettel: Ayrton bəzi səbəblərə görə üstündür

Dördqat Dünya Çempionu Sebastyan Fettel bəzi səbəblərə görə Sennanı üstün sayır.

F-1.az xatırladır ki, Ayrton Senna 1994-cü ilin İmola yarışında qəza edərək dünyasını dəyişmişdi

Sebastyan Fettel: “Mənim qəhrəmanım Mixael Şumaxerdir. Onları bir-birilə müqayisə edənlər çoxdur. Bəziləri Mixaelin, bəziləri Sennanın güclü olduğunu deyirlər. Amma mən müqayisə etməyəcəm. Çünki ikisi də mükəmməl idi. Ayrton daha əvvəl zirvəyə yüksəldi. Onların təkər-təkərə mübarizəsini izləmək olardı. Ancaq o, bəzi səbəblərə görə daha güclü görünür. Qısa müddət ərzində qazandığı uğurlar, sükan arxasındakı həssaslığı heyrətamiz idi. Sennanın qəzasını televizordan izləyirdim. O vaxtı baş verdiyini anlamamışdım, çünki öldüyünü göstərməmişdilər. Ancaq atam Sennanın fanatı idi və şoka düşmüşdü. O an bütün azarkeşlərin səsi kəsilmişdi. Formula1 üçün böyük itki idi”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*