19 Yanvar 2019, Şənbə - 12:30

S.Abitebul: “Testlər problemlər üçündür”

S.Abitebul: “Testlər problemlər üçündür”

Müəllif: Rauf Hacıyev, redaktor

12:20 - 11 Mart, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul səkkizgünlük qış testlərindən razı qalıb.

F-1.az xatırladır ki, Fransa təmsilçisi testlərdə qənaətbəxş performans göstərə bilib və bəzi mütəxəssislər hesab edirlər ki, “sarılar” ən sürətli komandadır.

Siril Abitebul: “Testləri ən yaxşı yerdə bitirdik. Son iki həftədə test planını tamamladıq. Xüsusən də, ikinci testlərdə çoxlu dövrə vura bildik. Buna görə də bolidin çatışmayan tərəflərini təkmilləşdirə biləcəyik. Keçən ilə nisbətən daha yaxşı vəziyyətdəyik. Təbii ki, komandaların əsl performansını görmək üçün Melburnu gözləməliyik.

Son gündə ötürmələr qutusundakı problem gözlənilməz oldu. Lakin bunu tezliklə həll edərək, gün ərzində çoxlu dövrə vura bildik. Testlərdəki əsas məqsəd də problemləri müəyyənləşdirərək həll etməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər ,
Paylaş

logo