15 Noyabr 2019, Cümə - 13:53

Ə.Nyui: “Renault Mercedes ilə fərqi bağlaya bilər”

Ə.Nyui: “Renault Mercedes ilə fərqi bağlaya bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

17:10 - 17 İyul, 2016

Ədrian Nyui bildirib ki, Renault yenidən düzgün yolu tapıb və Mercedes ilə aradakı fərqi bağlayacağını düşünür…

F-1.az xatırladır ki, Renault mühərrikləri keçən mövsüm Ferrari və Mercedes mühərrikləri ilə mübarizə aparmağa imkan vermirdi və ilin sonunda şirkətdə yenidənqurma işləri aparılmışdı. Renault bu il çox inkişaf edib və Red Bull-un yenidən mübarizəyə qayıtmasını təmin edib. Renault-nun Monakoya gətirdiyi yenliklər hər kəs tərəfindən bəyənilib.

Ədrian Nyui: “Keçən il əsəbpozucu idi. İnkişaf etməkdənsə, geriyə düşüdülər. Amma indi vəziyyətləri yaxşıdır. İndi inkişaf ediblər. Problemləri anlayıb, inkişaf etdilər. Monakoya gətirdikləri yeniliklər yaxşı idi. Əgər bu performansı davam etdirsələr, Mercedes ilə fərqi bağlaya bilərik. Bu il yenidən qalib gəlmək gözəl idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 432
Teqlər , , ,
Paylaş

logo