Rusiya-2016: Tras və statistika

2014-cü ilin oktyabrın 12-də günəşli bir gün idi - həmən gün Rusiya avtoidmanının tarixinə qızıl hərflərlə yazıldı: Soçi Avtodromunda ilk milli Formula1 yarışı baş tutdu.

Qonşu ölkə bu tarixi hadisəyə uzun bir yol keçmişdi, onlarla avtodrom tikilmişdi, amma yalnız Soçinin Olimpiya Parkında salınan avtodrom layihəsi reallığa çevrildi.

Hermann Tilke Rusiya Qran Prisi üçün bir neçə layihə hazırlamışdı, layihələrdən biri yarışın düz Moskvanın mərkəzində keçirilməsini nəzərdə tutrdu – Berni Ekklstoun hələ 1982-ci ildən Kremlin fonunda Qızıl Meydanda yarış görməyi arzulayırdı, amma bu layihələrin bəzisi elə kağız üzərində qaldı, bəzisi isə avtodrom kimi tikilsə də, daha aşağı seriyaların yarışları üçün yararlı oldu. 2009-cu ilin sentyabrında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirdi ki, ölkənin kurort paytaxtı Formula1 yarışını keçirməyə köklənib. 2010-cu ilin oktyabrında isə Krasnodar diyarının nümayəndələri Berni Ekklstounla 2014-cü ildən başlayaraq Formula1 yarışının keçirilməsi üzrə 7 illik müqavilə imzaladılar.

Tikinti işləri Olimpiya Oyunları günlərində dayandırılsa da, avtodromun tikintisi vaxtından əvvəl baaş çatdırıldı, ilk yarışa iki ay qalmış Soçi Avtodromu FİA-nın son təftişini keçərək rəsmi lisenziyasını aldı, 2014-cü ilin sentyabrın 20-də isə tras rəsmən açıq elan olundu.

Həmin ilin sonunda FİA-nın Baş Assambleyası Soçi Avtodromundakı debüt yarışını Mövsümün Ən Yaxşı Qran Prisi adlandırdı, avtodrom özü isə bir neçə mükafata layiq görüldü.

Russian Grand Prix

2016 FORMULA 1 RUSSIAN GRAND PRIX
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
29 aprel-1 may 2016 Sochi Autodrom 5848 m 53 309.732 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Soçi Avtodromu dünyada Qış Olimpiya Oyunları keçirilmiş parkda salınmış yeganə yarış kompleksidir. Tras müxtəlif konfiqurasiyalardan ibarət olmaqla beynəlxalq və yerli yarışlar üçün nəzərdə tutulub və ilboyu istifadə oluna bilər.

Trasın konfiqurasiyasını hazırlayan zaman Olimpiya Parkının arxitekturası nəzərə alınıb, amma tras kifayət qədər sürətli alınıb. Dövrədə orta hərəkət sürəti 210 km/saat, maksimal sürət 330 km/saatdır. Yarış konfiqurasiyasında 12 sağ və 6 sol döngə  nəzərdə tutulub.

Tras asfalta yatma qüvvəsinin yüksək kəmiyyətini tələb edir, xüsusən də uzun üçüncü və çoxsaylı 90 dərəcəli döngələrdə. Sazlanmalar eynilə Sinqapurda olduğu kimidir, amma Soçidə daha uzun düzlüklər olduğu üçün mühəndislər ənənəvi asfalta yatma qüvvəsi iləs ürət arasındakı kompromissi daha çox axtarmalı olacaqlar.

Tras motorun gücünə elə də tələbkar deyil, amma çox şey ERS-in effektivliyindən asılıdır. Əyləclərin yüklənməsi ortadır, ikinci və on üçüncü döngələrdə ciddi əylənmə nöqtəsi var.

2015-ci ilin Rusiya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Buludlu. Quru Niko Hülkenberq Force İndia 1:44.355
1-ci sərbəst yürüşlər Buludlu. Yağış Felipe Massa Williams 2:00.458
1-ci sərbəst yürüşlər Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:38.561
Sıralanma turu Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:37.113
Yarışda sürətli dövrə Buludlu. Quru Sebastyan Fettel Ferrari 1:40.071

 

Russian Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Rusiya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Rusiya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
29 aprel 1-ci sərbəst yürüşlər 11:00
29 aprel 2-ci sərbəst yürüşlər 15:00
30 aprel 3-cü sərbəst yürüşlər 13:00
30 aprel Sıralanma turu 16:00 15:50
1 may Yarış 16:00 15:50

 

Pirelli

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Mövsümün ilk dörd yarışına ardıcıl olaraq Pirelli komandalara SuperSoft, Soft və Medium tərkiblərini gətirəcək – son iki tərkibdən hər hansı biri mütləq yarışda istifadə olunmalıdır.

Keçən il Soçidə Soft və SuperSoft tərkiblərindən istifadə olunmuşdu. Medium tərkibi Soçi trası üçün kifayət qədər bərk olduğu üçün aktiv istifadə olunmayacaq.

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 1 4 8
Niko Rosberq Mercedes AMG 1 4 8
Ssebastyan Fettel Ferrari 1 6 6
Kimi Rəykkönen Ferrari 1 6 6
Valtteri Bottas Williams 1 3 9
Felipe Massa Williams 1 3 9
Damiel Rikkardo Red Bull 1 2 10
Damiil Kvyat Red Bull 1 2 10
Kevin Maqnussen Renault 1 5 7
Colion Palmer Renault 1 5 7
Niko Hülkenberq Force İndia 1 4 8
Serxio Peres Force İndia 1 4 8
Maks Ferstappen Toro Rosso 1 4 8
Karlos Sayns Toro Rosso 1 4 8
Fernando Alonso McLaren 1 5 7
Censon Batton McLaren 1 5 7
Markus Eriksson Sauber 1 5 7
Felipe Nasr Sauber 1 5 7
Paskal Verlyayn Manor 2 5 6
Rio Haryanto Manor 2 5 6
Roman Qrojan Haas 1 2 10
Esteban Qutyerres Haas 1 2 10

 

Russian Grand Prix

 

STATİSTİKA

 

Hazırkı pilotların Rusiya Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
Lyuis Həmilton 2 50 1 2 2
Sebastyan Fettel 2 22 1
Serxio Peres 2 19 1
Niko Rosberq 2 18 1 1
Valtteri Bottas 2 15 1
Censon Batton 2 14
Felipe Massa 2 12
Kevin Maqnussen 1 10
Daniil Kvyat 2 10
Felipe Nasr 1 8
Fernando Alonso 2 8
Daniel Rikkardo 2 6
Kimi Rəykkönen 2 6
Maks Ferstappen 1 1
Niko Hülkenberq 2
Roman Qrojan 2
Markus Erikson 2
Esteban Qutyerres 1
Karlos Sayns 1
Colion Palmer 1
Paskal Verlyayn
Rio Haryanto

 

Rusiya Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
11.10.2015 Soçi N.Rosberq Mercedes AMG L.Həmilton Mercedes AMG
12.10.2014 Soçi L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*