Rusiya-2016: Mətbuat konfranslarının cədvəlləri

Rusiya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Censon Batton (McLaren), Esteban Qutyerres (Haas), Felipe Nasr (Sauber), Niko Rosberq (Mercedes AMG), Serxio Peres (Force İndia) və Daniil Kvyat (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Ceyms Ki (Toro Rosso), Ayo Komatsu (Haas), Pol Hembri (Pirelli), Con Makkiliam (Manor), Otmar Safnauer (Force İndia) və Beat Tsender (Sauber) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*