Rusiya-2016: İlkin hava proqnozu

Soçi avtodromunda bu həftəsonu baş tutacaq Rusiya Qran Prisinə hava proqnozu az ehtimalla yağış yağacağını vəd edir - hazırda Soçidə yağış yağır, amma çərşənbə günü axşam yağış dayanmalıdır.

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü hava +17 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 20% təşkil edəcək. Şənbə və bazar günləri termometrlər 019 dərəcəni göstərəcklər, yağışın yağma ehtimalı isə cəmi 10% olacaq.

Xatırladırıq ki, keçən il Rusiya Qran Prisinin yalnız ikinci sərbəst yürüşləri yağışlı havada keçmişdi, qalan sessiyalar quru havada olmuşdu…

, ,