R.Kubitsa daha dörd əməliyyat keçirib

Bu gün Robert Kubitsanın üzərində daha dörd cərrahiyə əməliyyatı olunub. Santa Corona hospitalının on beş həkim və tibb bacılarından ibarət […]

Bu gün Robert Kubitsanın üzərində daha dörd cərrahiyə əməliyyatı olunub. Santa Corona hospitalının on beş həkim və tibb bacılarından ibarət olan briqada sürücünün ayağında, dirsəyində və çiynində zədələrin nəticələrini aradan qaldırmaqla məşğul olub.

Ortopediya və travmotologiya şəbəsinin başçısı həkim Françesko Lansa təsdiq edib ki, bütün əməliyyatlar uğurla başa çatıb. Robert iki gün intensiv terapiya şəbəsində qaldıqdan sonra adi palataya keçiriləcək, gələn həftə isə sürücünün dirsəyində sonuncu əməliiay gözlənilir.

Həkim İqor Rossello sürücnün əməliyyat olunmuş sağ qolunun vəziyyəti barədə məlumat verib: “Qol optimal vəziyyətdədir və belə mürəkkəb cərrahi müdaxilədən sonra heç bir başqa zədə müəyyən olunmayıb. Qolun qan dövranı da yaxşıdır, temperaturu da normal səviyyədədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*