Rəsmən: Pət Fray Renault-ya texniki direktorluq edəcək

Bu səhər Fransa mətbuatı Pət Frayın Renault-da fevral ayından işə başlayacağı barədə məlumat yayıb. Axşama yaxın fransız avtomobil istehsalçısının komandası xəbəri rəsmən təsdiq edib.

F-1.az komandanın mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir ki, Fray fevralın 5-də işə balşayacaq və komandada şassi üzrə texniki direktor vəzifəsini icra edəcək. Xatırladaq ki, daha əvvəl bu postu komandadan istefaya göndərilmiş Nik Chester tuturdu.

Renault-nun mətbuat xidməti təsdiqləyib ki, ilk dəfə Pət Fray fevralın 12-də Parisdə yeni maşının təqdimatında komanda formasında ictimaiyyət qarşısına çıxacaq.

Frayın Formula1 karyerası 1987-ci ildə Benetton-da başlamışdı, burada Pət Simonds və Con Barnard kimi tanınmış mütəxəssislərlə işləmək şansı qazanmış, sonra isə Martin Brandlın yarış mühəndisi olmuşdu.

1993-cü ildən sonrakı 25 il ərzində McLaren və Ferrari kimi komandaların texniki və mühəndis şöbələrində müxtəlif vəzifələr tutmuş və eyni zamanda Manor ilə əməkdaşlıq etmişdi.

Müasir Renault komandası Frayın Formula1-də fəaliyyətə başladığı Benetton komandasının birbaşa varisi olduğundan, yeni təyinatı özünəməxsus şəkildə simvolik görünür: 55 yaşlı ingilis mütəxəssisin yarış beşiyinə döndüyünü söyləyə bilərik.

Renault rəhbərliyinin bu kadr qərarı komandanın texniki şöbəsinin yenidən qurulması proqramının yalnız bir hissəsidir. Eyni proqramın bir hissəsi olaraq, aerodinamika şöbəsinin müdiri Williams-dan keçən Dirk de Bir idi. Bütün bu tədbirlər komandanın yeni nəticələr əldə etməsini təmin etmək məqsədi daşıyır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*