18 Avqust 2019, Bazar - 15:09

Rəsmən: McLaren komandası da BP və Castrol-la əməkdaşlıq edəcək

Rəsmən: McLaren komandası da BP və Castrol-la əməkdaşlıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:15 - 10 Fevral, 2017

Bir az əvvəl McLaren komandası rəsmən təsdiq edib ki, qarşıdakı mövsümdə British Petroleum neft-qaz şirkətinin yanacağından və şirkətə məxsus Castrol brendinin sürtgü yağlarından istifadə edəcək.

F-1.az xatırladır ki, ExxonMobil şirkəti ilə 21 illik əməkdaşlıqdan sonra McLaren Honda komandasından ayrılaraq Red Bull komandası ilə işləməyə üstünlük vermişdi. Uokinqdə ruhdan düşməyərək qısa müddət ərzində yeni tərəfdaşın adını açıqlayıblar – şayiələr bu dəfə də təsdiq olunub.

İki həftə əvvəl Renault komandasının tərəfdaşı elan olunan Britaniyanın British Petroleum neft və qaz şirkətinin bu gün rəsmən McLaren Honda komandası ilə əməkdaşlıq edəcəyi açıqlanıb. Fransızlarda olduğu kimi britaniyalılar da BP-nin yanacağından və Castrol yağlarından yararlanacaqlar. Bu dəfə də əməkdaşlıq yalnız F1-lə məhdudlaşmayacaq – BP yol avtomobillərinin istehsalı ilə məşğul olan McLaren Automotive şirkətinin rəsmi təchizatçısı olacaq.

Conatan Nil, McLaren Technology Group-un icraçı direktoru: “McLaren, BPCastrol arasındakı bu müqavilə hər üç brendin hamı tərəfindən tanınan innovasiyalara can atmasının bariz nümunəsidir. Castrol komandanı xüsusi hazırlanmış ən yüksək səviyyəli sürtgü texnologiyaları ilə təmin edəcək, McLaren Honda bunların istifadəsi üçün bazaya çevriləcək. Bu əməkdaşlıq isə qlobal miqyasda diqqət cəlb edəcək…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 410
Teqlər , ,
Paylaş

logo