Rəsmən: Hülkenberq ilk yarışda Fetteli əvəz edəcək

Buna səbəb dördqat dünya çempionunun Bəhreyn Qran Prisi ərəfəsində verdiyi koronavirus testinin cavabının müsbət çıxması olub.

F-1.az bildirir ki, bu barədə Aston Martin komandasının sosial şəbəkələrdi rəsmi hesablarından məlumat verilib. Fetteli ilk yarışda həmyerlisi Niko Hülkenberq əvəzləyəcək. Xatırladaq ki, o, 2020-ci ildə də o vaxt Racing Point adlanan komandanın maşınının sükanı arxasına eyni səbəbə görə iki dəfə keçmişdi. Niko yeni maşınla hələ işləməyib və ilk dəfə bu həftəsonu onunla tanış olacaq.

Fettel son günlərdə testi müsbət çıxan yeganə sürücü deyil. Daniel Rikkardo da eyni problemlə qarşılaşmış və buradakı mövsümöncəsi testləri buraxmalı olmuşdu. Lakin artıq onun növbəti testinin cavabı mənfi olub və ilk yarışda iştirak edəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*