Rəsmən: Formula1-in 2021-ci il mövsümü üçün təqvimi təqdim olunub

Bir az öncə Formula1 çempionatın təşkilatçıları 2021-ci il mövsümü üçün yeni təqvimi təqdim ediblər.

F-1.az bildirir ki,  çempionat martın 21-də Melburnda start alacaq və dekabrın 5-də Əbu Dabidə başa çatacaq. Ümumilikdə, təqvimdə 23 mərhələ planlaşdırılıb, amma Vyetnamda yarışın keçiriləcəyi tarix – 25 aprel hələ də boş saxlanılıb.

Bakıda baş tutacaq Azərbaycan Qran Prisinin iyunun 6-da keçirilməsi planlaşdırılıb. Barselona və San Pauludakı yarışlar təqvimə əvvəlcədən daxil edilsələr də, müqavilənin şərtləri barədə razılığa ehtiyac var. Ancaq Səudiyyə Ərəbistanı Qran Prisinin debütü təsdiqlənib – yarış noyabrın 28-də keçiriləcək.

Təqvim hələ FİA-nın Ümumdünya Şurasının iclasında təsdiqlənməlidir, lakin bu, rəsmiyyətdən başqa bir şey deyil.

Tarix Qran Pri Keçirilmə yeri
21 mart Avstraliya Melburn
28 mart Bəhreyn Saxir
11 aprel Çin Şanxay
25 aprel Sonra elan olunacaq Sonra elan olunacaq
9 may* İspaniya Barselona
23 may Monako Monako
6 iyun Azərbaycan Bakı
13 iyun Kanada Monreal
27 iyun Fransa Le Kastelle
4 iyul Avstriya Şpilberq
18 iyul Böyük Britaniya Silverstoun
1 avqust Macarıstan Budapeşt
29 avqust Belçika Spa
5 sentyabr Niderland Zandfort
12 senyuabr İtaliya Montsa
26 sentyabr Rusiya Soçi
3 oktyabr Sinqapur Sinqapur
10 oktyabr Yaponiya Suzuka
24 oktyabr ABŞ Ostin
31 oktyabr Meksika Mexiko
14 noyabr* Braziliya San Paulu
28 noyabr Səudiyyə Ərəbistanı Ciddə
5 dekabr Əbu Dabi Yas Marina

* – müqavilənin dəqiqləşdirilməsi tələb olunur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*