Renault yeni bolidini internetdə canlı təqdim edəcək

Renault komandası 2020-ci il bolidini sabah Bakı vaxtı ilə 17:00-da internetdə canlı təqdim edəcək.

F-1.az xatırladır ki, fransızlar yeni bolidlərini fevralın 12-də təqdim edəcəklər Qeyd edək ki, “sarılar” 2016-cı ildə idmana qayıtdıqdan sonra bolidlərini Parisdə təmtəraqlı şəkildə təqdim edirdilər.

Lakin Fransa təmsilçisi bu il yeni bolidini onlayn təqdim edəcək. Bu isə fanatları məyus edib, çünki bolidi ilk dəfə real olaraq fevralın 19-da – testlərin ilk günündə görmək mümkün olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*