11 Dekabr 2018, Çərşənbə axşamı - 11:39

Renault: “Mühərrik yarım saniyə sürətlənib”

Renault: “Mühərrik yarım saniyə sürətlənib”

Müəllif: Rauf Hacıyev, redaktor

09:24 - 04 Mart, 2016

Renault komandasının əməliyyat direktoru Remi Taffen bildirib ki, qışda gətirdikləri yeniliklərlə güc qurğusu yarım saniyə sürətlənib

F-1.az xatırladır ki, Renault mühərrikləri keçən mövsüm inkişaf edə bilmədi. Əksinə, onların gətirdiyi yeni detallar mühərriyi zəiflətdi.

Remi Taffen bu barədə danışıb: “Artıq biz bilirik ki, inkişaf edə bilərik. Konseptlər masadadır. Bazada məlumatlar var və qış aylarında 0.5 saniyə sürətləndik. Bunu bacara bildik.

Sözün düzü, Mercedes mühərrikləri ilə müqayisə oluna bilmərik. Onlar əsl güclərini gizlədirlər və sıralanma dövrələrinin 3-cü mərhələsində onların gücünü görəcəyik.

Düşünürəm ki, onlara yaxın ola bilərik, ancaq aradakı fərq ortadadır. Bu mövsümkü hədəflərimiz hamıya bəllidir, amma 2017-ci ildə yaxşı bolid düzəldə bilsək, ümid edirik ki, onlarla mübarizə apara bilərik.

Red Bull ilə işləməyə davam etsək, onlar da mübarizənin içində ola bilərlər.

Onlar həmişə qazana bilən bolid düzəldiblər və biz inanırıq ki, onlar bu istedadlarını itirməyəcəklər”.

Siril Abitebul da mühərrik barədə fikirlərini deyib: “Mövsüm ərzində mühərriyi 1 saniyə təkmilləşdirmək istəyirik. Bizim hədəfimiz və planımız budur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 366
Teqlər , , , ,
Paylaş

logo