Red Bull yeni maşınını fevralın 3-də göstərəcək

Red Bull komandası yeni maşınını fevralın 3-də Milton Kinsdəki bazasında göstərəcək – iki gün sonra RB9 Xeres testlərində debüt edəcək. […]

Red Bull komandası yeni maşınını fevralın 3-də Milton Kinsdəki bazasında göstərəcək – iki gün sonra RB9 Xeres testlərində debüt edəcək.

Keçən il komanda yalnız virtual təqdimatla kifayətlənmişdi, yeni maşının şəkilləri sayta yerləşdirilmişdi, jurnalistlər yeni maşını ancaq ilk testlərdə görə bilmişdilər.

Bu il təqdimat mərasimlərinin qrafiki çox sıx olacaq. Yanvarın son günü McLaren, fevralın ilk günü Force İndia, 2-də Sauber, 3-də Red Bull yeni maşınlarını göstərəcəklər. Fevralın 4-də və 5-də isə Xeresdə yerdə qalan komandaların təqdimatı gözlənilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*