15 Dekabr 2019, Bazar - 12:31

Red Bull heyətini Macarıstan Qran Prisindən sonra elan edəcək

Red Bull heyətini Macarıstan Qran Prisindən sonra elan edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:14 - 25 İyul, 2013

Keçən həftə Silverstounda gənc sürücülərin testlərində Red Bull komandasının başçısı Kristian Horner təsdiq etmişdi ki, indi komanda Mark Uebberin yerinə […]

Keçən həftə Silverstounda gənc sürücülərin testlərində Red Bull komandasının başçısı Kristian Horner təsdiq etmişdi ki, indi komanda Mark Uebberin yerinə iki nəfərin namizədliyini nəzərdən keçirir – Kimi Rəykkönen və Daniel Rikkardo.

Ekspertlər hesab edirlər ki, vakant yeri Kimi tutacaq, amma şayiələr gəzir ki, finlandiyalı sürücünün şərtləri, xüsusən də komandanın və onun sponsorlarının tədbirlərində minimal iştirak etmək arzusu Red Bull komandasını qane etmir. Şayiələrə görə, komanda artıq seçimini edib. Bu şayiələr fonunda Daniel Rikkardonun şansları ciddi artıb. Britaniyanın Autosport qəzetinə müsahibəsində komandanın sahibi Diter Mateşiç bildirib ki, komanda qərarını Macarıstan Qran Prisindən sonra elan edəcək…

Diter Mateşiç: “Son qərar hələ qəbul olunmayıb, biz komanda daxilində son müzakirələri edirik. Budapeştdə yəqin ki, yarışdan sonra biz qərarımızı elan edəcəyik. Daniel Rikkardo testlərdə vəzifəsinin öhdəsindən əla gəldi, Jan Erik Vern də pis çıxış etmir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 431
Teqlər , , , , , , ,
Paylaş

logo